Bakıda "BMW" ilə toqquşan motosiklet YANDI

Bakıda motosiklet yanıb.

Olaylar.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

BMW markalı minik avtomobil ilə toqquşan motosikletin yanar hissələri yanıb. Avtomobil yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31