Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar- FOTO

Qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Olaylar.az-a  verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarına rayon ərazisindəki qəbiristanlıqlardan ümumi dəyəri 300 manatdan çox olan dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən rayon sakinləri, Kənan Həsənov və Amil Bayramov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər. Faktlarla bağlı Gornaboy RPŞ-də araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31