40 yaşlı kişi yanaraq öldü

Qusar rayonunda yaşayış evi yanıb. Olaylar.az-ın  verdiyi məlumata görə, hadisə rayonun Gündüzqala kəndində qeydə alınıb. Kənd sakini, 1981-ci il təvəllüdlü Babayev Əşrəf Əmirağa oğluna məxsus yaşayış evi tamamilə yanıb. Evdə olan Ə.Babayev də yanaraq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31