Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Futbol üzrə U-16 Liqasının "Keşlə" - İCBFA (İskəndər Cavadov Bakı Futbol Akademiyası) oyununda kütləvi dava-dalaş baş verib.

Olaylar.az xəbər verir ki, hadisə matçın 60-cı dəqiqəsində yaşanıb. Səbəbkar isə meydan sahiblərinin futbolçusu Rəvan Ələsgərov olub. O, rəqibə baş ilə zərbə endirdikdən sonra ara qarışıb.

Toqquşmada "Keşlə"nin digər oyunçusu Ramil İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev də iştirak edib.

AFFA İntizam Komitəsi Ələsgərovu 8, İsmayılzadə və Nağıyevi hərəyə 6 oyun cəzalandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31