Keçən ay 9 nəfər minaya düşüb
2 Dekabr 2021 12:38 HadisəRəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin noyabr ayında 7 hadisə nəticəsində 9 nəfərin mina qurbanı olmasını qeydə alınıb
"OLAYLAR" Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə istinadən xəbər verir ki, nəticədə bir nəfər mina təmizləyən, bir nəfər sərhədçi, 2 nəfər Daxili Qoşunların hərbi qulluqçusu və 4 nəfər mülki şəxs olmaqla 1 nəfər həlak olub, 8 nəfər yaralanıb.
2021-ci ilin noyabr ayında 6 hadisəyə piyadalar əleyhinə, 1 hadisəyə isə tank əleyhinə minalar səbəb olub. Hesabat dövründə minalarla bağlı hadisələr Cəbrayıl, Ağdam, Goranboy, Laçın, Füzuli və Zəngilan rayonlarının ərazisində baş verib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31