Baş Prokurorluq helikopter qəzası ilə bağlı şahidləri dindirilir

"Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb". "Olaylar" xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib. O, qeyd edib ki, şahidlərin dindirilməsi davam etdirilir: "Eyni zamanda meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir".

E.Məmmədov əlavə edib ki, ilkin məlumat kimi heç bir fikir bildirmək olmaz: "İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31