Lökbatanda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
1 Dekabr 2021 13:14 HadisəBakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. "Olaylar" xəbər verir ki, baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin məlumata əsasən, yanğın elektrik kabellərinin keçdiyi şaxtada baş verib. Yanğın zamanı sakinlər təhlükəsiz əraziyə təxliyə olunub. Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31