Xocavəndə keçmək istəyən 9 nəfər saxlandı
1 Dekabr 2021 11:44 HadisəXocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisinə qanunsuz keçmək istəyən 9 nəfəri saxlayıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Olaylar"a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib. Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır. Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31