Helikopter qəzasında həlak olan həkimin 2 gün sonra nişanı olacaqmış - FOTO
1 Dekabr 2021 10:54 HadisəÖtən gün helikopter qəzasında vəfat edən hərbi həkim Ceyhun Əhmədxanovla bağlı yeni məlumat yayılıb.
Olaylar.az xəbər verir ki, həmkarlarından biri onun 2 gün sonra nişanı olacağını yazıb.
Qeyd edək ki, ötən gün səhər saatlarında hərbi helikopterimiz qəzaya uğrayıb.
Dövlət Sərhəd Xidmətinə məxsus olan helikopter Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbçi vəfat edib, 2-si yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31