“Crowd-1” şirkətinin mütəşəkkil dəstəsinin üzvləri tutularaq istintaqa cəlb edilib- VİDEO
29 Noyabr 2021 18:40 HadisəDİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin verdiyi məlumata görə maliyyə piramidası yaradaraq vətəndaşların pulunu talayan "Crowd-1" şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri tutularaq istintaqa cəlb edilib. Məlum olub ki, şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir, vətəndaşlara "Crowd-1" şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirləri nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31