470 qram marixuana, 2 kiloqram 450 qram heroin, 400 ədəd metadon, 180 ədəd pregabalin həbləri...
29 Noyabr 2021 18:27 HadisəDİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin verdiyi məlumata görə Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları daxil olan məlumat əsasında birgə əməliyyat-axtarış tədbiri keçirib. Səbail rayonu ərazisində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunan R.Babayevdən 60 qram heroin, idarə etdiyi "Hyundai" markalı avtomobildən 6 kiloqram 470 qram marixuana, 2 kiloqram 450 qram heroin, 400 ədəd metadon, 180 ədəd pregabalin həbləri, onunla birgə olan paytaxt sakini S.Təhməzovdan isə 30 qram heroin aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31