Əl yüklərindən beş min ədəd siqaret çıxdı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının yüklərinə rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edilib. Təkrar yoxlama nəticəsində isə həmin yüklərdə əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan olunmayan aksiz markasız 5000 ədəd "Manchester" adlı siqaret aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31