Azərbaycanda 65 yaşlı kişi faciəvi şəkildə intihar etdi

Zaqatalada intihar hadisəsi baş verib.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Danaçı kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Zeynalabid Məmməd oğlu Abakovun meyiti yaşadığı evin həyətində yerləşən tövlədən asılı vəziyyətdə aşkar edilib.

Əsəb xəstəliyindən əziyyət çəkən Z.Abakovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31