Sumqayıtda polis özünü güllələdi
25 Noyabr 2021 12:20 HadisəAzərbaycanda polis ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb. "Olaylar" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, hadisə Sumqayıt şəhərində baş verib. Belə ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Xəsarət almış R.Mütəllimov hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31