Yol qəzasında ölən polis çempion imiş - FOTO

Gəncə şəhərində yol qəzasında dünyasını dəyişən polis serjantı Renat Əliyev pauerliftinq idman növü üzrə dəfələrlə Azərbaycan çempionu, bir sıra yarışların mükafatçısı olub.

Olaylar.az  xəbər verir ki, o, Mühafizə polisində işləyib. Məlumat üçün bildirək ki, bir neçə saat bundan öncə Müseyib Bağırov küçəsində "Fiat" markalı avtomobilin mağazaya çırpılması zamanı baş verən qəzada dünyasını dəyişən R.Əliyevlə yanaşı digər polis əməkdaşı Emin Əliyev yaralanıb.

(baku.ws)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31