Türkiyənin "Qalatasaray" klubunun ev oyunlarını keçirdiyi NEF stadionunda kran aşıb. Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 3 nəfər xəsarət alıb. Aşan kranın çıxarılması istiqamətində işlər davam etdirilir. Hadisə yerinə polis, təcili yardım və xilasetmə cəlb olunub. Xəsarət alanlar xəstəxanaya aparılıb.