Azərbaycanın vəzifəli şəxsi Türkiyədə vəfat edib

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərov vəfat edib.

Bu barədə qurumdan məlumat verilib.

O, 62 yaşında Türkiyədə, müalicə aldığı xəstəxanada vəfat edib. Mərhum bu gün Yevlax rayonunun Aran qəsəbəsində dəfn ediləcək.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31