Sürücünün sükan arxasında ürəyi tutdu
22 Noyabr 2021 14:07 HadisəBakıda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, noyabrın 21-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İlqar Qurbanov (ürək tutması nəticəsində) idarə etdiyi "Opel" markalı avtomobili dirəyə, sonra isə mağazanın divarına vurub və o, hadisə yerində ölüb. Xətai RPİ tərəfindən araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31