Metroda cibgir saxlandı
22 Noyabr 2021 12:50 HadisəBakı metrosunda qadının telefonunu oğurlayan şəxs məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, metroda qadın sərnişin E.N-nın mobil telefonunu cibgirlik yolu ilə oğurlayan şəxs, 1975-ci il təvəllüdlü Sahil Həbibov müəyyən olunaraq tutulub. Bildirilib ki, metro polisinin cinayət axtarış qrupu tərəfindən oğurlanan telefon maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31