Bakıda üçmərtəbəli obyekt yanıb
22 Noyabr 2021 12:38 HadisəPaytaxt Bakıda üçmərtəbəli obyektda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 270 m² (hər mərtəbəsi 90 m²) olan üçmərtəbəli obyektin üçüncü mərtəbəsində yumşaq mebel dəsti yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner və 2 ədəd monitor əriyib. Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31