FACİƏ! Gəlin bəyin qucağında dünyasını dəyişdi
19 Noyabr 2021 11:06 HadisəToyda özünü pis hiss edən gəlin, toydan yarım saat sonra bəyin qucağında dünyasını dəyişib.
Olaylar.az "Gulf News"a istinadən xəbər verir ki, hadisə Misirdə baş verib.
Gəlinin atası Nadia Takhi Madinin sözlərinə görə, toy günü çox yorğun olub, məclisdə qalmamaq qərarına gəlib və rəsmi hissədən dərhal sonra evə gedib. Kişi evə girən kimi qızı ona zəng edib. Zəngdən bir neçə dəqiqə sonra qızın öldüyü xəbəri gəlib.
Məlum olub ki, gəlin toy mərasiminin gedişində infarkt keçirib. Qız özünü pis hiss edib və ərinin qucağına düşüb. O, həyat yoldaşından atasına təcili zəng etməsini istəyib və zəngdən beş dəqiqə sonra dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31