Azərbaycanda ŞOK HADİSƏ: Yetkinlik yaşına çatmayan qız oğurlandı
17 Noyabr 2021 13:27 HadisəNoyabrın 12-də Yevlaxda yetkinlik yaşına çatmayan qız oğurlanıb.
Olaylar.az Publika.az-a istinadən xəbər verir ki, rayonun Meyvəli kənd sakini, Allahverdiyev Elgiz Təbriz oğlu evlənmək məqsədilə 2004-cü il təvəllüdlü R.Təhməzovanı oğurlayıb. O, qızı Oğuzun Böyük Söyüdlü kəndinə apararaq gizlədib.
Qızın ailəsinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra faktla bağlı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu - yetkinlik yaşına çatmayan barəsində törədildikdə) maddəsi ilə iş açılıb. Qız tapılaraq ailəsinə qaytarılıb, onu oğurlayan şəxs isə həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31