Bakıda universitetdə tüstülənmə: Tələbələr təxliyə edildi
17 Noyabr 2021 12:51 HadisəAzərbaycan Dövlət Neft və Sənaye Universitetində tüstülənmə olub.
Olaylar.az xəbər verir ki, hadisə ilə bağlı təhlükəsizlik məqsədilə tələbələr təxliyə edilib.
Tüstülənmənin hansı səbəbdən olduğu araşdırılır.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov oxu.az-a faktı təsdiq edib.
O bildirib ki, əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31