Daş karxanasında ölüm hadisəsi baş verib
15 Noyabr 2021 16:12 HadisəNoyabrın 12-si saat 18 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən "Qaradağ" ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Qaradağ Rayon Prokurorluğundan "Olaylar"a verilən məlumatda bildirilib.Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam etdirilir.