Azərbaycan gömrükçüləri 218 kq heroinin dövriyyəsinin qarşısını alıb

"Cənub sərhədimizdə gömrük əməkdaşları növbəti uğurlu əməliyyat həyata keçiriblər".


Olaylar.az  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib.

"Əməliyyatçılarımızın peşəkarlığı sayəsində Biləsuvar gömrük postunda, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitə - heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31