Şəmkirdə eşidilən partlayış səsinin səbəbi AÇIQLANDI

Bu gün səhər saatlarında Şəmkir rayonunda partlayış səsləri eşidilib. Rayon sakinləri məlumatsız olduqları üçün narahat olaraq informasiya almaq məqsədilə redaksiyamıza müraciət ediblər.

Olaylar.az  xəbər verir ki,  hazırda Seyfəli poliqonunda Azərbaycan silahlı qüvvələri tərəfindən təlim keçirilir.

Eyni zamanda, poliqonda işğaldan azad edilən ərazilərdən toplanan yararsız hərbi silah-sursat və texnikalar təhlükəsiz şəkildə partladılaraq məhv edilir.

Partlayış səsləri də utilizasiya prosesi ilə bağlıdır.

(qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31