Yedikləri turşu ölümə apardı- AZƏRBAYCANDA
15 Noyabr 2021 11:40 HadisəÖtən gün "Kliniki Tibbi Mərkəz" publik-hüquqi şəxsin Toksikologiya şöbəsinə zəhərlənmə faktı ilə bağlı Füzuli rayonundan 2 nəfər (ata və qızı) daxil olub.
KTM-dən Olaylar.az-a bildirilib ki, pomidor turşusundan zəhərlənən 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və 2011-ci il təvəllüdlü Aytac Mirzəyevanın vəziyyətləri Mərkəzə gətirilərkən ağır olub.
Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev dünyasını dəyişib. A.Mirzəyeva reanimasiyadadır, vəziyyəti kəskin ağırdır.
Qeyd edək ki, turşudan zəhərlənən ata və qızı noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər iki şəxsin vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətiriliblər. (milli)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31