Borca görə axtarılan 54 nəfər saxlanıb
13 Noyabr 2021 13:15 HadisəRespublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 54 cinayətin üstü "isti izlər"lə açılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur. Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31