Pərvizin beyninə qan sızdı
13 Noyabr 2021 11:13 HadisəBəstəkar- müğənni Pərviz Mahmudovun səhhətində problem yaranıb.
Bu barədə onun ailə üzvləri məlumat verib.
Bildirilib ki, sənətçinin bir neçə gün əvvəl beyninə qan sızıb və xəstəxanaya aparılıb. Pərviz hazırda " Leyla Medical" ın reanimasiya şöbəsindədir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, 38 yaşlı bəstəkar Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova , Sevda Yəhyayeva kimi sənətçilərə mahnılar bəsləyib. Evlidir, 2 övladı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31