Millimizin məşqçisi ürəktutmadan vəfat etdi

Qılıncoynatma üzrə Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərov vəfat edib.

Olaylar.az bildirir ki, Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə 53 yaşlı mütəxəssis "European Cadet Circuit" turniri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olarkən qəfil ürək tutmasından dünyasını dəyişib.

Federasiya məşqçinin vaxtsız vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31