Bakıda ianə qutusu oğurlandı

Paytaxt Bakıda ianə qutusu oğurlanıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə Q.Qarayev prospektindəki köşklərin birinin qarşısından içərisində yardım üçün yığılmış 350 manat pul olan qutusunun oğurlanması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov müəyyən edilərək saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31