Yunanıstanda 4.3 bal gücündə zəlzələ baş verib

Olaylar.az xarici KİV-ə istinadən  xəbər verir ki, noyabrın 12-də Yunanıstanda 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumat verib. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 5:46-da qeydə alınıb. Yeraltı təkanların episentri 137 min nəfər əhalisi olan Heraklion şəhərindən 164 km aralıda olub. Seysmik ocaq 67 kilometr dərinlikdə olub. Zərərçəkənlər barədə  heç bir məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31