Qızının təcavüz ittihamından sonra intihar etdi - Altı ildən sonra edilən ETİRAF

Moskvada yaşanan intihar və onun baş vermə səbəbi hər kəsi şoka salıb. Çoxuşaqlı ata kiçik qızının təcavüz ittihamından sonra intihar edib.

Olaylar.az mk.ru-ya istinadən xəbər verir ki, atanın meyitini evinin pəncərəsi önündə aşkar ediblər. Təfərrüatlar isə belədir. Özəl firmada menecer işləyən ata iki qız və bir oğlan atasıdır. Birinin 18, digərinin 21 yaşı var. Faciəyə qədər heç kim onlarda qəribəlikləri hiss etməyib. Düzdür, kiçik qız Liza bir qədər fərqli olub. Tez-tez valideynlərinə qarşı kobudluq edir, ayrı yaşamaq istədiyini deyib. Və qəfil qızın atasının ona təcavüz etdiyi barədə xəbəri elan etməsi açıq səmada göy gurultusu effekti doğurub.

Bəlli olub ki, bir neçə gün əvvəl qız polisə zəng edib atasının ona təcavüz etdiyini deyib. Tələbə qızın sözlərinə görə, 12 yaşı olanda atası onunla cinsi əlaqəyə girib. Üstündən altı il sonra bu barədə məlumat verməsinə isə aydınlıq gətirməyib. Polis idarəsinə çağırılan 46 yaşlı ata özünü günahkar bilmədiyini, həbsxanaya düşməkdən qorxduğunu deyib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31