Atasının 20 min manatını oğurlayan saxlandı

Mingəçevir sakini qardaşı arvadı ilə birlikdə atasının evindən oğurluq edib. DİN-in Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Polis Şöbəsinə noyabrın 1-nə keçən gecə şəhər ərazisindəki mənzillərin birindən 20 min manat pulun oğurlanması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu R.Rəhimov və digər oğlunun arvadı müəyyən edilərək saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31