Bakıda qaçırılan 14 yaşlı qız tapıldı

Bakıda qaçırılan yeniyetmə qız tapılıb. Bu barədə "Olaylar" Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərti) noyabrın 2-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərti) naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31