“Squid game” şənliyində atışma - 8 nəfər öldü
3 Noyabr 2021 11:53 HadisəPanamada "Squid game" mövzulu Halloven şənliyi zamanı bədbəxt hadisə yaşanıb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da səhər saatlarında baş verib. İki yerli dəstə şənliyə silahlı hücum təşkil edib. Nəticədə 8 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Güllənən şəxslərdən 5-i əyləncə gecəsində olub, digər 3 cəsəd isə zibillikdən tapılıb.
Ölkə prokurorluğundan verilən məlumata görə, atışma bir nəfərin "Los Galacticos" adlı rəqib dəstə üzvlərinə atəş açdıqdan sonra başlayıb.
Hadisə ilə bağlı saxlanılanlar var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31