Orduya dəstək adı ilə pul yığan “QHT rəhbəri” saxlanıb

Polis daha bir sıra şəxsin dələduz əməlini ifşa edib. "Olaylar"a daxil olan məlumata görə, özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər DİN əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər. Hazırda araşdırmalar gedir.Bu barədə   DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə  yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31