İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır. Xidmətdən "Olaylar"a bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Vüqar Ağaverdi oğlu Həmzəyevə qohumu Sumqayıt şəhər sakini Teymur Şakir oğlu Məmmədov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan idman şalvarının astar hissəsinə xüsusi üsulla tikilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 4,411 qram narkotik maddə - tiryək aşkar edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31