Avtomobildən 1000 manatlıq çanta oğurlanıb
1 Noyabr 2021 13:15 HadisəNəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə oktyabrın 30-da rayon ərazisində "Nissan" markalı bir avtomobildən 1000 manat dəyərində çantanın oğurlanması barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən (DİN) "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 7 avtomobildən ümumilikdə 2224 manat pul, bankomat kartları və sənədlər, 1150 manat dəyərində eynəklər, qulaqcıq və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31