10-cu sinif şagirdi qəfil vəfat etdi

Sumqayıtda məktəbli vəfat edib.

Olaylar.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, İdrak Liseyinin 10-cu sinif şagirdi Gülarə Nağıyeva bu gün dünyasını dəyişib.

Liseydən   bildirilib ki, onun ölüm səbəbi uzun sürən xəstəlik olub: "Şagirdimiz 3-4 il idi ki, xəstəlikdən əziyyət çəkirdi. Onun ölüm səbəbi koronavirus deyil. Hazırda nəşi Naxçıvana aparılır. Orada dəfn ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31