Rusiya sərhədçiləri Ermənistanda qəzaya düşüb, ölən var

Ermənistanın Naxçıvanla sərhədində, İrəvan-Arazdəyən-Mehri yolunun 80 kilometrliyində, işğal altında olan Kərki kəndinin yaxınlığında Rusiya sərhədçilərinə məxsus hərbi yük avtomobili qəzaya düşüb.

Olaylar.az  APA-ya istinadən bildirir ki, qəza nəticəsində yük avtomobili təxminən 150 metr yuvarlanaraq dərəyə düşüb.

Nəticədə bir nəfər həlak olub, digəri xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31