Bakı sakini polislə əlbəyaxa DAVA ETDİ
29 Oktyabr 2021 14:50 HadisəÖtən gün axşam saatlarında Bakı Dəmiryol Vağzalında vətəndaşla polis əməkdaşı arasında mübahisə baş verib.
Mübahisə qısa zamanda əlbəyaxa dava ilə nəticələnib. Dava ətrafdakı polis əməkdaşları tərəfindən sakitləşdirilib. Hadisə zamanı vətəndaş polisə yumruq zərbəsi endirib.
Olaylar.az bildirir ki, hadisə ilə bağlı oxu.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, vətəndaş ictimai asayişi pozduğu üçün polis ona yaxınlaşıb:
"Bu zaman vətəndaş müqavimət göstərib. O, saxlanılaraq Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə aparılıb. Vətəndaş barəsində toplanan materiallar məhkəməyə göndəriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31