"İnstagram"da məcburi köçkünləri söyənlə bağlı araşdırma BAŞLANDI

"İnstagram"da canlı yayım açıb bütün məcburi köçkünləri təhqir edən Bakı sakininin videosu sosial şəbəkələrdə paylaşılıb.

Olaylar.az xəbər verir ki, həmin şəxs hər cümlədə qaçqın və məcburi köçkünləri ağır söyüşlərlə təhqir edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev   hazırda bununla bağlı araşdırma aparıldığını bildirib:

"DİN sözügedən video ilə məlumatlıdır. Hazırda həmin faktla bağlı araşdırma aparılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31