Bakıda evlə birgə 3 xarici maşın yandı - VİDEO
29 Oktyabr 2021 10:59 HadisəBakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.
Olaylar.az xəbər verir ki, hadisə zamanı ev və onun sahibinə məxsus həyətyanı sahədə "Nissan", "Lexus" və "Mercedes" markalı avtomobillər yanıb.
Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31