Bərdə şəhərinin Heydər Əliyev prospektində 13 ailənin yaşadığı birmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
Trend bildirir ki, bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin beş maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, baş verən yanğın söndürülüb.
Hadisə yerinə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev və rayon polis şöbəsinin rəisi Muradəli Babayev də gəlib.





