Meyidi küçənin ortasında tapılan qadının intihar etdiyi məlum oldu
28 Oktyabr 2021 12:20 Hadisəİspartada küçənin ortasında sinəsindən güllə yarası alan Hülya A.-nın ölümündəki sirr açılıb. Məlum olub ki, əri ilə mübahisə edərək evi tərk edən qadın intihar edib.
Olaylar.az xəbər verir ki, dünən günorta saatlarında Eğirdir Adayolu küçəsində silah səsini eşidən polis qrupları, Hülya A.-nı sinəsindən güllə yarası ilə tapıb. Polis hadisədən sonra həyat yoldaşı C. A.-dan ifadə alıb. Araşdırmalardan sonra Hülya A.-nın intihar etdiyi məlum olub. Təxminən 2 il əvvəl evləndiyi hərbçi həyat yoldaşı ilə mübahisə edən Hülya A.-nın günorta saatlarında çamadanı ilə evdən çıxarkən ərinin silahını da götürdüyü bildirilib.
Hülya A.-nın cənazəsi ailəsi tərəfindən Isparta Şəhər Xəstəxanası morqudan götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31