Polisin radikallarla toqquşması nəticəsində 8 nəfər öldü

Pakistanın Pəncab vilayətində polisin "Təhrik-i-Ləbbeyk Pakistan" (TLP) radikal təşkilatı fəalları ilə toqquşması nəticəsində 8 nəfər ölüb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 4-nün hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu bildirilir.

Toqquşmalar TLP tərəfdarlarının təşkilatın rəhbəri Səad Hüsseyn Rizvini həbsxanadan azad etmək tələbi ilə Pakistan paytaxtına yürüşünə imkan verməmək cəhdlərindən sonra baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31