Paytaxtda restoran qarət olunub
27 Oktyabr 2021 13:02 HadisəBakıda restoranda oğurluq olub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi (PB) və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Nəsimi rayonu ərazisindəki restoranların birindən 4 060 manat dəyərində noutbuk, 4 ədəd planşet və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31