Ofisdən oğurluq edən şəxs saxlandı

Bakıda ofisdə oğurluq hadisəsi olub.Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-na keçən rayon ərazisindəki ofislərin birindən 3 280 manat dəyərində noutbuk, modem və 2 ədəd fotoaparat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Nəbiyev müəyyən edilərək saxlanılıb.Ətrafında aparılan tədbirlərlə onun oktyabr ayı ərzində müxtəlif vaxtlarda paytaxtın Nizami və Suraxanı rayonları ərazisində daha 1 kafedən planşet, 1 mağazadan 1 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyaları, digər mağazadan pul və planşet oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31