Metroda cibgir saxlanıldı
26 Oktyabr 2021 14:07 HadisəBakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da metronun Nəriman Nərimanov stansiyasında qatarda Bakı şəhər sakini N.Zeynalovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31